“Mən onu çarpayıda yatan yerdə xatırlamaq istəmirəm”

30.06.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Briatore Şumaher haqqında danışdı
“Alpin”in icraçı direktoru Flavio Briatore yeddiqat dünya çempionu Mihael Şumaher haqda danışıb:

“Gözümü yumsam, onun qələbədən sonra necə sevindiyini görürəm. Mən onu belə xatırlamağa üstünlük verirəm, nəinki çarpayıda yatan yerdə”.


Uzun müddətdi yataq xəstəsi olan Mihaelin yanına ailəsi yalnız üç şəxsi buraxır. Bunlar 1993-2007 aralığında “Ferrari”nin idman direktoru olan Beynəlxalq Avtomobil Federasiyasının sabiq prezidenti Jan Todt, Şumaherin dönəmində İtaliya komandasının texniki direktoru olan Ross Braun və 1984-97 aralığında “Formula-1” yarışlarında çıxış edən Herhard Bergerdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью