“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”

11.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”

“Fənərbaxça” prezidenti Əziz Yıldırım baş məşqçi İsmayıl Kartalın istefa qərarına münasibət bildirib.

QOL.az xəbər verir ki, klub rəhbəri UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefasını açıqlayan Kartala dəstək olub və onun vəzifəsində qalacağını deyib.

Yıldırım baş məşqçinin üzərinə tribunadan şüşə atıldığını və Kartalın buna ciddi etiraz etdiyini bildirib:

“İsmayıl Kartal vəzifəsinin başındadır. Mən onun böyüyüyəm. Ona “davam edəcəksən” dedimsə, məsələ bitdi. Mən vəzifədən gedənə qədər İsmayıl Kartal baş məşqçidir. Mən gedənə qədər buradan ayrıla bilməz”.

“Fənərbaxça” prezidenti azarkeşlərin davranışını da sərt tənqid edib:

“İsmayıl Kartala bu düşərgə sahib çıxmalıdır. Başına şüşə atmaqla sahib çıxmaq olmaz. Ayıbdır! Bu, Çempionlar Liqası matçı idi və 1:1 başa çatdı. Yaxşı oynamışıq, imkanlar yaratmışıq. Meydanda taktiki mübarizə gedirdi, bunu görməməzliyə vurmaq ayıbdır.

İsmayıl Kartalla indicə içəridə danışdım. Şüşə məsələsindən, üzərindəki təzyiqdən danışır. “Dərman qəbul edirəm” deyir. Mən də 30 dənə dərman qəbul edirəm. O, bizim övladımızdır!”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью