Mən onunla 4 ildən çoxdur, danışmıram Putin

19.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüşə hazır olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, o, bu barədə ilin yekunlarına həsr olunmuş konfransda deyib.

"Mən onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki o bu barədə heç nə demir. Mən onunla dörd ildən çoxdur, ümumiyyətlə, danışmamışam. Əlbəttə, istənilən vaxt onunla görüşməyə və danışmağa hazıram", - V.Putin qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью