Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Biz niyə imkan verməyək ki, qızlarımız hansısa peşənin sahibi olsunlar? Niyə bəzi ailələrdə belə bir düşüncə var ki, "mən oxumuşam, nə qazanmışam ki, mənim övladım da oxusun, nəsə əldə etsin?" Bu, artıq geridə qalmış bir fəlsəfədir".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, cəmiyyətdə bu cür düşüncələrin aradan qaldırılması, qızların təhsil almasına və peşə sahibi olmasına dəstək verilməsi vacibdir:
"Biz qoymamalıyıq ki, inkişaf edən, bu gün dünyada tanınan Azərbaycanın vətəndaşları belə bir fəlsəfə ilə yaşasınlar. Buna görə çalışmalıyıq".
Hicran Hüseynova vurğulayıb ki, tolerant və mütərəqqi cəmiyyət bilik, elm, ədalət və bərabər imkanlar üzərində qurulur:
"Qadınların təhsil, elm, iqtisadiyyat və qərarların qəbul edilməsi proseslərində tam və bərabər iştirakının təmin olunması cəmiyyətin ümumi rifahını yüksəldəcək".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)