Icma.az, Kulis.az portalına istinadən məlumat verir. Kulis.az Rəna Nevzatın "Linç terroru" yazısını təqdim edir.
Son illərdə sosial şəbəkələrdə qəribə bir “ədalət məhkəməsi” qurulub.
Kiminsə şəxsi videosu, səsi, mesajı ifşa olunur, paylaşılır, müzakirə edilir və dərhal yüzlərlə, minlərlə insan onun üstünə "urra" deyərək hücum çəkir.
Hamı bir anda hakimə, prokurora, cəllada çevrilir. Bütün aqressiyasını tökür o adamın üstünə. Buyur. Biri təhqir edir, biri məsxərəyə qoyur.
Heç kim fikirləşmir ki, kiminsə həyatı dağıla bilər. Doğrudan da, heç kim bunu fikirləşmir.
İnsan həyatının gözümüzdə bu qədər adiləşməsi təəssüf doğrur. Bütün bunları düşünəndə Yəhyanın İncilindəki bir hissəni xatırlayıram.
Zina edərkən tutulan bir qadın şəhər meydanına gətirilir və qanunlara görə daşqalaq edilməlidir.
Camaat İsanı sınağa çəkmək üçün ondan soruşurlar ki, qadına hansı cəza verilməlidir?