Mən Ramal Aslanovun həbsini tələb edirəm Döyülən DSX mayoru a DANIŞDI | Icma.az
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mən əsas Ramal Aslanovun tutulmasını istəyirəm, çünki mənimlə düşmənçilik edən odur".
Bunu "Lent.az-a açıqlamasında idmançıların hücumuna məruz qalan DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
Fuad Zeynalov bildirib ki, hücumun iştirakçı olan 3 nəfər barəsində bu gün məhkəmənin çıxardığı həbs qətimkan qərarı onu bir o qədər də qane etmir: "Mənə hücum edən 3 şəxs qurbanlıq quzulardı.
Onların aqibəti mənə maraqlı deyil. Mənim əsas tələbim və marağımda olan hücumun təşkilatçısı olan Ramal Aslanovun həbs edilməsidir.
O qanun qarşısında cavab verməlidir. Ona havadarlıq edənləri də tanıyıram, gec-tez hamıya hər şey məlum olacaq.
Ramalın əvvəldən mənimlə ədavəti olub. Ötən il Afinada yarışda olanda mənə hücum etmişdi.
O zaman əlim cibimdə olanda anidən hücum edib mənə xəsarət yetirmişdi".
Tam oxu
Xəbəri oxu