Mən realistəm, bilirəm ki... Tomas Müllerdən almansayağı açıqlama | Icma.az
Icma.az bildirir, Fanat saytına əsaslanaraq. "Bayern Münhen"in hücumameyilli yarımmüdafiəçisi Tomas Müller gələcək karyerası barədə nə düşün
Fanat.Az xəbər verir ki, "Spiegel" təcrübəli futbolçunun sözlərini belə çatdırıb: "Bu, dayanmaq qorxusundan daha çox davam etmək istəyidir.
Adrenalin az olsa belə, narahatlıq keçirməyəcəyimi düşünürəm.
Mən realistəm, bilirəm ki, təqaüdə çıxandan sonra bur daha belə adrenalin hiss etməyəcəm.
Qarşılaşmaq məcburiyyətində qaldığım təzyiq barədə də eyni sözləri deyə bilərəm. Potensialımı ortaya qoymağı bacaracammı?
Özümün və başqalarının tələblərinə cavab verəcək durumdayammı?
İndi yalnız onu deyə bilərəm ki, hələ fiziki cəhətdən bu çağırışı qəbul etməyə qadirəm. Mübarizə aparmaq, davam etmək istəyirəm".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 31 matça çıxan Müller 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Tam oxu
Xəbəri oxu