Mən sənə əlvida demirəm, Niyazi... Kamal Abdulla | Icma.az
Icma.az bildirir, Kulis.az portalına istinadən. Kulis.az Xalq yazıçısı Kamal Abdullanın ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru mərhum Niyaz
Niyazi ilə dostluğumuzun düz 57 illik tarixi var. Ona görə "var" yazıram ki, bu dostluğun bundan sonra da davam edəcəyinə inanıram.
Çünki o, mənim üçün ölmədi. "Mənim üçün ölmədi" - burada gəlişigözəl ifadə deyil.
İllər keçdikcə sənin üçün ölməyən, dünya ilə vidalaşandan sonra da sənin üçün yaşayan insanların sayı artır və sən bunun belə olduğuna hər dəfə əvvəlkilərin timsalında yenidən inanırsan.
Dostların dünyadan köçməyi ilə sənin ünsiyyətdə olduğun insanların sayı qətiyyən azalmır.
İlk dəfə Dövlət universitetinin filologiya fakültəsində ilk dərs zamanı bir sinifdə görüşmüşdük.
Və bu görüş sonralar Moskvada, İstanbulda, Berlində, Qarabağda... və başqa yerlərdə davam etdi.
Müxtəlif konfranslarda onun parlaq məruzələri, çıxışları demək olar ki, hamını valeh edirdi.
Tam oxu
Xəbəri oxu