Mən sənətdə olanda heç Namiq yox idi

13.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

"Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu -red.) yox idi. Sonradan gəlib".

Publika.az xəbər verir ki, bu sözləri Namiq Məna "Həmin Zaur" verilişində deyib.

İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi sözlərinə etiraz edib:

"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı illərdə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib? Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, tərəqqi medallıyam".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью