Mən sənətdə olanda Namiq yox idi Yeni QALMAQAL

13.11.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Namiq Qaraçuxurlu barədə danışıb.

Lent.az xəbər verir ki, şou proqramlardan birinə qatılan Namiq məna deyib:

"Mən Namiq sənətdə olanda o biri  Namiq (meyxanaçı Namiq Qaraçuxurlu) yox idi, o sonradan gəlib”.

İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib:

"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı illərdə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib?

Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью