“Mən sizi qəbul etməmişəm!“ Təranədən Musayevlərə...

22.01.2026

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Müğənni Təranə Qumralla həyat yoldaşı Musa Musayevin ailəsi arasında qalmaqal alovlanıb.

OLAY yazır ki, Xalq artisti Niyaməddin Musayevin qızı Röya xanım Qumralın “Dünya sənin, dünya mənim” ifasını sildirdikdən sonra T. Qumral TikTok canlı yayımında bunları söyləyib:

“Əmi dediyin adamın sözü ilə başqa şeylər danışmağa başladın. Küsmüşdünsə, brilyant qolbağımı da qaytarardın,  5 min dollar verib sənə brilyant qolbaq aldım. Gizlədirsiz ki, kimsə bilməsin. Hamı elə bilsin ki, bunlar Təranəni qəbul etməyib. Niyə etməmisiz ki? Musanın anası da gəlib evimdə oturub yemək yeyib. Mən də getmişəm, Musanın evinə yemək yemişəm. Xonça da tutub gəlib. Təranə bu şeyləri demir. Çünki mənə lazım deyil. Hamı yazır ki, səni qəbul etmədilər. Mən qəbul etməmişəm! Mənə heç kim lazım deyil. Oturun yerinizdə, mənim dəli başımı qızdırmayın. Açaram sandığı tökərəm pambığı... Başa düşürəm sağın-solun rəfiqəndir. Hər gün danışırsan, məlumatları sənə ötürürlər. Adını çəkmirəm. Mən heç bilmirdim ki, Qumral o mahnını oxuyub. Mimikalarıma diqqət edin, efirdə narazıllıq edirdim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью