Mən statistikaları sevmirəm, hər şey onun ətrafında fırlanır Messi | Icma.az
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İnter Mayami"nin və Argentina yığmasının hücumçusu Lionel Messi karyerasının ən yaxşı ili barədə sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, dünya ulduzu açıqlamasında bunları qeyd edib: "Mən statistikaları sevmirəm.
Bu gün hər şey onun ətrafında fırlanır. Mən oyuna tam şəkildə qoşulmağı sevirəm.
Elə illər olub ki, hər şeyi qazanmışıq, yığma ilə Amerika Kubokunun finalına çıxmışıq, “Barselona” ilə Çempionlar Liqasını qazanmışıq.
2012-ci ildə 91 qol vurdum. Mən bunun üçün oynamıram, bu heç vaxt məni maraqlandırmayıb.
Mən hansısa rekordu qırmaq və ya kimisə keçmək üçün qol ötürmələri vermirdim. Bir ili seçmək çətindir. Xoşbəxtlikdən, yaxşı il çox olub".
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu