“Mən uzaqdayam, qayğısını çəkənlər var” qızı Flora Kərimovanın səhhətindən danışdıÖZƏL+FOT…
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Flora xanımın səhhəti, vəziyyəti yaxşıdır.
Biz sadəcə ildə iki dəfə onu həkim müayinəsindən keçiririk. Bu dəfə də müayinədən keçirtdik.
Mən Londondayam, Yaqut xanım həmişə olduğu kimi onun qayğısını çəkir. Hər şey yaxşıdır. Bir az nasaz idi, soyuq olmuşdu.
Belə bir problem yoxdur. Vallah, mən bilmirəm jurnalistlər niyə narahat olublar?
Narahatlığa heç bir əsas yoxdur” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva deyib.
Londonda yaşayan Zümrüd Şəfiyeva daha sonra anası üçün daim darıxdığını bildirib: “Flora xanıma hər gün övladımla birgə video çəkib yollayıram.
Bəzən gündə iki dəfə uşağın videosunu çəkib göndərirəm. Flora xanımı həmin videolar ovudur.
Darıxmağını, bizim onun yanında olmamağımızı əvəz edir. Flora xanım təskinliyi belə tapır.
Tam oxu
Xəbəri oxu