Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı məlumat yayıb.
“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”, - məlumatda deyilir.
Bildirilir ki, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.