Mənbic terrorçulardan təmizlənir

08.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb. Telekanal bununla bağlı məlumatında qeyd edib: “Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью