Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"Sabah" Misli premyer-liqasının 17-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından qalib ayrıldı - 1:0."Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Düzü, hadisələrin axarı matçın "sülh"lə bitəcəyini düşündürürdü.
Lakin künc zərbəsindən vurduğumuz qol sayəsində qələbə qazandıq.
Vacib 3 xalı əldə etməyimiz komandada ruh yüksəkliyi yaradacaq.- Təyinatınızdan sonra nəyi dəyişmisiz ki, ardıcıl qələbələr qazanırsız?- Hələ ki, sadəcə işə yanaşma tərzini dəyişmişik.
Daha çox məşq edirik. Fəallığımızı artırmışıq. Məncə, qarşıda bizi daha böyük uğurlar gözləyir.- "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev
Onunla daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiz?- Həm "Sabah", həm də "Krasnodar" haqda danışdıq.
Azərbaycandakı və Rusiyadakı futbolçuların işə yanaşma tərzini müzakirə etdik.- Qış fasiləsiylə bağlı plan necədi?
Vaxtın azlığı sizi narahat edirmi?- Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Mən Niderlandda da çalışmışam.