Məndən daha yaxşı olan heç kimi tanımıram Ronaldo

12.10.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo özünü bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

Sportal.az xəbər verir ki, Ronaldo "CNN Portugal"a müsahibəsində bunları qeyd edib:

“Mən tarixin ən yaxşı futbolçusuyam, vəssalam. Vurulan qollardan söhbət gedəndə rəqəmlər hər şeyi deyir. Məndən daha yaxşı olan heç kimi tanımıram. İnsanlar hazırda olduğum formanı və vurduğum qolları kifayət qədər qiymətləndirmirlər. Əgər 1000 qol həddinə çatsam, bu, möhtəşəm olacaq”.

41 yaşlı portuqaliyalı futbolçu karyerası ərzində 980 qol vurub. Bunlardan 834-ü klub səviyyəsində, 146-sı isə milli komandanın heyətində qeydə alınıb.

Ronaldu 5 qat “Qızıl top” mükafatının sahibi və beşqat UEFA Çempionlar Liqasının qalibidir. O, Portuqaliya millisinin heyətində Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb.

2022-ci ilin dekabrından etibarən hücumçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarının formasını geyinib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью