Mənə azad olmağı öyrətdiyin üçün çox sağ ol

10.08.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da yaşayan aparıcı Hüsniyə Məhərrəmova məşhur kanadalı müğənni Brayan Adamsın konsertinə gedib.

Axşam.az xəbər verir ki, aparıcı konsertdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, 1990-cı illərdə Adamsın mahnılarını dinlədiyini və illər sonra onu canlı izləməyin fərqli hiss olduğunu yazıb.

“Bütün gəncliyim Brayan Adamsın mahnıları ilə keçib... 90-larda ona qulaq asanda, heç düşünməzdim ki, onu bir gün canlı dinləyəcəyəm, özü də Amerikada! Həyat çox əla zarafatdı” deyə, Hüsniyə qeyd edib.

Aparıcı digər paylaşımında isə anasının onun zövqünün formalaşmasına təsir etdiyini vurğulayıb:

“Ana, musiqidə, ədəbiyyatda, geyimdə və ümumiyyətlə həyatda zövqümün formalaşmasına təsir etdiyinə görə çox sağ ol deyirəm. Mənə azad olmağı öyrətdiyin üçün çox sağ ol! Ana, sən əjdahasan!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью