Mənə dedilər ki, sən gəl məşqini keç, evinə get, başqa nəyəsə qarışma “Mingəçevir”in qapıç…
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, “Mingəçevir”in danışılmış oyunlarla bağlı saxlanılan futbolçuları siyahısına əsasən əsas şübhəlilərin adına aydınlıq gəlib.“Football-plus.az” xatırladır ki, söhbət yarımmüdafiəçi Muxtar Nəzərliylə qapıçı Mövlan Kərimovdan gedir.
Biz həm də Muxtarla bağlı ətraflı bilgi almaq məqsədilə komandanın sabiq baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlamaq istəsək də, suallarımızı nəinki cavablamaq, eşitmək belə istəmədi.
Bu öz yerində. Bəs qapıçı Mövlanla bağlı durum nə yerdədi? Onun transferi hansı məqamlara əsasən reallaşıb?
Ümumiyyətlə, Mövlan haqda fikirlər hansı yöndə olmalıdı?Bu suallarla “Mingəçevir”in qapıçılar üzrə məşqçisi Elnar Kərimova müraciət etdik.
Onun cavabı:“Komandada daha əvvəl də çalışmışam. İcazənizlə fikrimi ətraflı izah edim. Bu yola Azər Həşimov və Samir Məmmədovla çıxmışıq.
“Mingəçevir”də ilk dəfə bu mütəxəssislərin rəhbərliyi altında işləmişəm. Və onlardan hansısa hörmətsizlik görməmişəm.
O vaxt Azər müəllim mənimlə görüşdü və bildirdi ki, qapıçıların transferi, ümumi hazırlıq səviyyəsi və performansı mənim məsuliyyət daşıdığım məsələdi və məndən lazımi hesabatlar tələb edəcək.
Tam oxu
Xəbəri oxu