Mənə deyir ki, səni kosmosa göndərəcəm VİDEO

17.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Co Bayden Peru Prezidenti Dina Boluarte ilə görüşündə bəzən onu kosmosa göndərməklə hədələyən həyat yoldaşı Cil Baydenin təhdidlərindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

"Hər dəfə həyat yoldaşım mənim əldən düşdüyümü düşünəndə deyir ki, ona (red.- NASA rəhbəri Bill Nelson) zəng edəcək və məni kosmosa göndərməsini istəyəcək", - deyə Bayden deyib.

Onun bu sözləri zaldakı iştirakçılar tərəfindən gülüşlə qarşılanıb.

O, həmçinin qeyd edib ki, NASA-nın bu ideyanı dəstəkləyəcəyindən ehtiyat edir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью