Mənə əsəbiləşmək olmaz, hələ də onkoloji xəstəliyi bitirməmişəm

01.08.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Sevda Əliqızı Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışıb. 

Milli.Az xəbər verir ki, o, bu barədə  "Bir gün" verilişində açıqlamalar verib.

Sənətçi həmçinin gözündən də əməliyyat olunduğunu deyib:

"Mənə əsəbiləşmək olmaz. Hələ də onkoloji xəstəliyi bitirməmişəm. Gözüm də əməliyyat olunub. Gün işığında otura bilmirəm. 3 ay qorumalıyam. Çox dözümlü və pozitivəm. Bu xəstəlikdə əsas pozitiv olmaqdır. Hər dəfə yoxlanışa gedirəm, yaxşıdır hər şey. Bu xəstəlik elədir ki, gərək halsız olmayasan. Deməyəsən, yaşayacağam, yoxsa necə. Kimyaterapiyadan çıxanda hamı ağlayır. Mən isə pozitiv olmuşam". 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью