Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adların ləğv ediləcəyini açıqlayıb.
Sabiq nazir mətbuata müsahibəsində bildirib ki, bir vaxt gələcək, fəxri adlar ləğv olunacaq: "Onlar Sovet dövründən qalıb.
Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi.
O vaxt ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, adlar saxlanılsın.
Şou-biznesdə onlarla istedadlı insanlar var ki, tanınırlar, toylara çağırılırlar, pul qazanırlar və heç bu ad haqqında düşünmürlər də".
Şou-biznesdə tanınan və fəxri ad siyahılarından kənarda qalan müğənnilərdən biri də Nadir Qafarzadədir.
Kult.az xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında 55 yaşının olduğunu xatırladıb: "Bu yaşdan sonra nə fəxri ad?