Mənə görə onun üzünə çox qapılar bağlandı

24.04.2025

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məni sənət dünyasına gətirən Gövhər Həsənzadə idi. Onun üzünə mənə görə nə qədər qapılar bağlandı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Gün ortası" verilişində deyib. O bildirib ki, bəstəkar Gövhər Həsənzadə ona çox dəstək olub:

"Konsert olurdu, müğənnilər sirada dayanırdı. Gözümlə görmüşəm ki, müğənni gətirib Gövhər Həsənzadəyə 3 min manat verib və deyib, Kərimi konsertdən çıxart, məni sal. Çox mötəbər konsert idi. Gövhər Həsənzasdə mənə çox güvənirdi. Deyirdi, Kərim öz yerini tapacaq. Onun mənim üstümdə əziyyəti əvəzsizdir. O, mənim sənət dünyasında mələyimdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью