Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaliq Kazımov Dövlət Məşğulluq Agentliyinin səlahiyyətli şəxslərindən şikayətçidir...
Samux rayonu, Qarayeri qəsəbə sakini Kazımov Xaliq Abbas oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi bildirir ki, 4 ildi Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, ona heyvan verməmək üçün əllərindən gələni edirlər: “Mən, Kazımov Xaliq Abbas oğlu yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
4 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən cavab ala bilmirəm.
Gəlib baxış keçirib, şəraitimlə tanış olublar. Sonra bildirdilər ki, sən gəlirlərini düzgün qeyd etməmisən.
Hansı gəlirdən söhbət gedir, onu bilmirəm. Mənə imtina gəlməyib, sadəcə telefon vasitəsilə bildiriblər ki, gəlirlərimi düzgün qeyd etməmişəm
Halbuki, həyətimdə tut ağacı belə, yoxdur”. Məsələ ilə bağlı Dövlət Məşğulluq İdarəsinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlad