Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yuventus”un baş məşqçisi Luçiano Spalletti komandasının gənc lideri, türkiyəli cinah yarımmüdafiəçisi Kənan Yıldızı tərifləyib.
Ölkə.az xəbər verir ki, Spalletti Kənanı yadplanetli adlandırıb.
Jurnalist Fabritsio Romano Spallettinin sözlərini sitat gətirib: “Kənan Yıldız sadəcə adi oyunçu deyil, yadplanetlidir. İnanın mənə, o, yadplanetlidir!”
Yıldız bu mövsüm bütün yarışlarda 29 oyun keçirib, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, onun bazar dəyəri 75 milyon avrodur.
Yıldız daha əvvəl media tərəfindən bir sıra Premyer Liqa klubları ilə əlaqələndirilmişdi. “Liverpul”, “Çelsi” və “Arsenal”ın oyunçu ilə maraqlandığı bildirilir.(publika)