Mənə kömək edirlər Mbappe

05.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Real"ın hücumçusu Kilian Mbappe İspaniyadakı həyat şəraitindən danışıb.

"Unikal" xəbər verir ki, o, Madriddə xoşbəxt olduğunu deyib: 

"Mən İspaniyada xoşbəxtəm. Bunu üzümdən görə bilərsiniz. Madridi, İspaniya mədəniyyətini tanımağa çalışıram. Lakin bizim başqa şeylərə ayırmaq üçün çox az vaxtımız olur. Mən futbola fokuslanmışam, çünki üç gündən bir matç keçiririk. Təqvim sıxdır.

İspaniyada ən çox bəyəndiyim şey insanlardır. Çox mehriban və ürəyiaçıqdırlar. Mən fransızam, ispan deyiləm, amma həmişə mənə kömək edirlər".

Qeyd edək ki, Mbappe ötən ilin yayından "kral klubu"nun formasını geyinir. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью