Mənə məruzə olundu ki, rus ordusu 1 saat əvvəl… Putin

19.02.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin deyib ki, bir saat əvvəl Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində Ukrayna ilə dövlət sərhədini keçməsi barədə ona məruzə olunub.

Rusiya prezidenti Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumuna dron hücumuna da münasibət bildirib.

Putin Ukrayna Silahlı Qüvvələri sərbəst olaraq Krasnodar diyarındakı Xəzər Boru Kəməri Konsorsiumunun obyektinə zərbə təşkil edə bilmədiyini söyləyib.

Rusiya prezidenti bu işdə Qərb ölkələrinin Ukraynaya yardım etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Kiyev kosmik kəşfiyyat məlumatlarını yalnız Qərb ölkələrindən alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью