futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Mançester Siti” ilə bağlı çıxarılan qərara ironik münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, jurnalist Devid Ornşteyn müstəqil komissiyanın “Mançester Siti”ni İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bildiyini açıqlayıb. “Şəhərlilər” 2009–2018-ci illəri əhatə edən araşdırma çərçivəsində irəli sürülən 115 ittihamın 114-ü üzrə təqsirli bilinib.
Çıxarılan qərardan sonra Rio Ferdinand sosial şəbəkə hesabında zarafatla paylaşım edib:
“Şkafıma daha bir Premyer Liqa medalı əlavə olunacaq. Həmçinin Joze Mourinyo və Ole-Qunnar Sulşer üçün də bir medal gəlir”.
Buna baxmayaraq, “Mançester Siti”nin çempion olduğu və Ole-Qunnar Sulşerin rəhbərlik etdiyi “Mançester Yunayted”in ikinci yeri tutduğu 2020/21 mövsümü maliyyə pozuntularının araşdırıldığı 2009–2018-ci illər dövrünə daxil deyil.