“Mənə suallar verməyin”

22.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Zaur Hüseynov ötən gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Qaynarinfo 60 yaşlı sabiq metro rəisinin bundan sonra hansı işlə məşğul olacağını öyrənmək üçün Zaur Hüseynova zəng edib. 

Amma Zaur Hüseynov sualları cavablandırmaqdan imtina edib:

“Allah canınızı sağ eləsin. Mənə suallar verməyin. Bütün sualları Bəxtiyar Məmmədova (“Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi) ünvanlayın. Sağ olun”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью