Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bu bayramın əsas mahiyyəti paylaşmaq, yardımlaşmaq və Allaha yaxınlaşmaqdır. Qurbanlıq heyvanların seçimi və kəsilməsi də ciddi dini qaydalarla tənzimlənir. Heyvan sağlam, qüsursuz və müəyyən yaş həddinə çatmış olmalıdır. Kəsilmiş qurban ətinin paylanması da vacib mərhələlərdən biridir. Qaydalara görə, ət üç hissəyə bölünür biri ailəyə, biri yaxınlara, bir hissəsi isə ehtiyacı olanlara verilir.