Icma.az, Qol.az saytına istinadən bildirir.
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda yaşadığı çətinliklərdən və son aylardakı dəyişikliklərindən danışıb.
QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, 23 yaşlı futbolçu bu barədə fikirlərini Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda AEK-lə oyun öncəsi mətbuat konfransında bölüşüb:
"Bu, mənim üçün çətin dövr idi. Amma mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür. Bu yay çox çalışdım və dəyişdim. İndi daha intizamlıyam. Klubun mənə göstərdiyi etimadı doğrultmağa çalışıram. Nələri yaxşılaşdırmalı olduğum barədə düşündüm və məşqçi ilə danışdım. O da mənə özümə inam verdi".
Qeyd edək ki, Kamavinqa bu mövsüm “Real”ın heyətində 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, AEK - "Real" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.