Mənfi rolları ilə tanınan aktyor vəfat etdi

12.10.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1960-1970-ci illərdə canlandırdığı obrazlarla tanınan türkiyəli aktyor, şair və yazıçı Nihat Ziyalan vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 90 yaşında Avstraliyada dünyasını dəyişib.

Qeyd edək ki, karyerası ərzində çoxsaylı filmlərdə rol alan aktyor canlandırdığı mənfi obrazlarla yadda qalıb. O, Kadir İnanır, Hülya Koçyiğit, Ediz Hun, Lale Belkıs, Türkan Şoray, Fatma Girik və Selma Güneri kimi dövrün bir çox məşhur ulduzu ilə eyni layihəyə çəkilib.

Nihat Ziyalanın rol aldığı ən məşhur filmlər "Seyyit Han (Toprağın Gelini)", "Umutsuzlar", "Sezercik aslan parçası", "Üç kağıtçılar" və "Herşey oğlum için" və digərləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью