Mənfi rolların klassik ifaçısı | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasından 101 il ötür Bakı, 7 iyun, AZƏRTACAzərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb.
Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 101-ci ildönümü tamam olur.Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub.
İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub.
1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının truppasına daxil olub və burada ilk dəfə H.Muxtarovun "Ailə namusu" pyesində rol alıb.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsində Ə.
Ələkbərov, M.Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri vardı.
Tam oxu
Xəbəri oxu