Məni Azərbaycan ABŞ işçi qrupuna salmadılar Deputat

10.09.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Müraciət etmişdim, məni Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupuna salmamışdılar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

"Az-çox bu ölkəni tanıyıram. İmkan olsa idi, dostluq qrupunun üzvü olmaq istəyərdim".

Qeyd edək ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Səməd Seyidovdur.

Anar Kəlbiyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью