Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah, Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Hazırda prosesdə zərərçəkənlərin yenidən dindirilməsi mərhələsidir.
Ona görə də məhkəmədə dindilməyən və adları zərərçəkmiş siyahısında olan şəxslərin prosesdə iştirakı üçün xəbərnamələr verilib.
Şahidlərin prosesdə yenidən dindirilməsi məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı və yeni təyin olunmuş hakimin verilmiş ifadələrdən məlumatsız olması ilə əlaqədardır.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, tərkibə yeni hakim təyin edildiyindən məhkəmə istintaqı yenilənib.
Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.
Əvvəlki məhkəmə iclaslarında müttəhim Nofəl Hacıyevlə qayınatası Tahir Qədəşov arasında mübahisə yaranıb.