Məni bu dünyadan yazılan rəylər köçürəcək

16.07.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Mən həmişə demişəm  ki, həssas adamam. Məni bu dünyadan ancaq yazılan rəylər köçürəcək. Çox adam deyir ki, Tik-tok-a baxma. Elə insanlar var ki, xoş söz, yaxşı söz də dəsən, pisləyirlər. Ona görə də adım bir az bədnamdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Sənətçi imkanlı şəxslərin ətrafıdakı insanlara yardım etməsini tövsiyə edib: 

"Amma insanın balaca imkanı varsa, onu gərək tək yeməsin. Demirəm ki, 10 milyon əhalinin hamısına yardım edim, mən kiməm ki? Hərə öz ətrafın nəzərə alarsa, onda hər şey yaxşı olar. Yediyin də nuş olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью