Məni diktator adlandırdılar, CHP Suriyaya baxsın...

11.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İllər boyu məni diktator adlandırdılar. Ölkə-ölkə gəzib Türkiyəni əcnəbilərə şikayət etdilər. CHP-yə məsləhətim budur ki, kimin diktator adlandırıldığını bilmək istəyirlərsə, Suriyadakı həbsxana görüntülərini izləsinlər. Qoy getsinlər yerə-göyə sığdıra bilmədikləri BƏƏS-in günah dəftərinə baxsınlar.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya İnsan Hüquqları Günü toplantısında çıxışı zamanı deyib.

“Suriyada sülhə gedən yol açılıb. Zamanla könüllü olaraq ora qayıdanların sayı artacaqdır”, - Türkiyə lideri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью