Məni diri bilib gözləyir anam... Ülvi Bünyadzadə

23.09.2026

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün şair, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günüdür.

Kulis.az onun şeirini təqdim edir.

Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən, ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!

Bred Pittdən yeni layihə - Tanınmış rejissorlarla "Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri "Tale bizə istədiyimizi özümüzü alçaltdıqdan sonra verəcək..." - İvan Qonçarov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью