Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun “Survivor”a getməsindən danışıb.
Bu barədə o, Xalq artisti Aygün Kazımovanın ad günündə OLAY-a danışıb.
“Bu, nə iş idi başıma gəldi? Oyunu uduzanda, ya da yıxılanda uşaqlar ağlayır, depressiyaya düşürlər. Dəvət gələndə Arda ilə Arın getməyini çox istədi. O da uşaqları sevindirmək üçün getdi. Gedəndə demişdim ki, qələbə qazanmadan gəlmə. İndi görürəm ki, şərtlər çox çətindir. Deyirəm, sağ-salamat, yaralanmadan gəlsin. Allah ona güc-qüvvət, səbr versin”, - deyə, X. Hidayətqızı bildirib.
Aparıcı “Sizi Dominikanda görə bilərikmi” sualına gəlincə, bunları söyləyib:
“Bir də gördünüz… Görsəm ki, nəsə baş verir, məni orada görə bilərsiniz”.