Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Kim Kardaşyan və Kanye Uestin 13 yaşlı qızı, reper Nort Uest ilk konsert turunun ləğv edilməsindən sonra musiqi sənayesində “xəyanətə” və “istifadə olunmağa” dair hisslərini ifadə etdiyi “Aishite” mahnısını yayımlayıb.
OLAY yazır ki, Nort “Heç kim məni xilas etməyəcək və bu, məni dəli edir. Niyə qaça bilmirəm? Çünki məni təqib edirlər. Sadəcə məni sevin, amma hamı mənə xəyanət edir” deyə mahnıda oxuyub.
Daha sonra reper “Onların hamısı artıq məndən istifadə etmədiklərini göstərməyə çalışırlar. Heç kimin dostu ola bilmirəm, heç kimi həyatıma buraxa bilmirəm. Heç kimə arxalana bilmirəm, bu əzablar bitməyəcək” deyə oxuyub.
Xatırladaq ki, bu ilin yayında Nort Uest və 21 yaşlı repçi Molly Santananın ABŞ şəhərlərində böyük konsert turu baş tutmalı idi. Lakin ötən həftə turun ləğv edildiyi barədə xəbərlər yayıldı.