Məni hər zaman digərlərindən fərqləndirən fədakar olmağımdır

24.12.2024

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sevilya”nın yarımmüdafiəçisi Xesus Navas karyerasını başa vurmasından danışıb. 

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı təcrübəli futbolçu fədakar olmasını önə çəkib:

"Məni hər zaman digərlərindən fərqləndirən fədakar olmağımdır. “Sevilya” və milli komanda üçün son ana qədər hər şeyimi  vermişəm. Daim meydanda fədakarcasına döyüşmüşəm. “Real”la oyunda debüt etmişdim və bu komanda ilə görüşdə də karyeramı yekunlaşdırdım. “Real”ın bu ideyanı qəbul etməsindən də çox məmnunam. Bu əsl hədiyyə idi".

Xesus Navas 2003-2013-cü illərdə və 2017-ci ildən bu günə kimi "Sevilya"da çıxış edib.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью