“Məni komandamın performansı maraqlandırır” Dambrauskas

19.10.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah Dortmund “Borussiya”sını qəbul edəcək.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib iki oyundur qol vura bilmir. Bu amil onlara əlavə motivasiya verəcək?

- Bu, bizim üçün yaxşı xəbər deyil. Düz qeyd etdiniz ki, sabahkı oyuna daha çox köklənəcək və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən komandama inanıram. “Borussiya” Almaniyanın və dünyanın ən böyük klublarından biridir. Çox yaxşı baş məşqçiləri var. Bizi çətin oyun gözləyir.

Çempionlar Liqasında hər qarşılaşma bizə təcrübə qazandırır, nələrisə öyrədir. Sabah da çox şey öyrənəcəyik. “Borussiya” yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda ciddi çətinliklər var. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.

- Xəyal Əliyev sabah matça hazırdır?

- İnanıram ki, hazırdır. Heyətimizdə 20-dən çox futbolçu var və hamısı oynamağa hazırdır. Son qərarı bugünkü məşqdən sonra verəcəyik.

- Ötən oyunda stadionda azarkeş sayı az idi, sabah isə tribunaların dolu olacağı gözlənilir. Azarkeş dəstəyi “Sabah”ın qələbə şansına necə təsir edə bilər?

- Əlbəttə, dolu tribunalar önündə oynamaq bizim üçün xoşdur. Azarkeşlərimiz bizə dəstək olur, enerji verirlər. Qələbə şansımız barədə danışmaq istəmirəm. Məni daha çox komandamın meydandakı çıxışı düşündürür. Belə oyunlarda kiçik detallar böyük əhəmiyyət daşıyır. Əsas odur ki, diqqətli olaq və oyuna köklənək.

Qeyd edək ki, “Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью