“Məni narahat edir”... Dedi və atəş açdı

15.06.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Malatyada qorxunc hadisənin “qəhrəmanı” Nuray Ş. olub. Qadın ona təcavüz etdiyi iddiasıyla bir gəncə atəş açaraq ayaqlarından yaralayıb. Bu azmış kimi etdiyi əməl barədə sosial şəbəkə hesabında paylaşım edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hadisə iyunun 11-də Pütürge qəsəbəsində baş verib. Vurulan şəxslə Nuray Ş. arasında mübahisə yaranıb, qadın gəncin ona təcavüz etdiyini iddia edərək çantasından çıxardığı silahla atəş açıb. Nuray Ş. ayaqlarına güllə dəyən S.D.-ni cib telefonunun kamerası ilə lentə alıb və həmin görüntüləri sosial media hesabında paylaşıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. S.D.-yə ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün Pütürge Dövlət Xəstəxanasına aparılıb. Nuray Ş. polis tərəfindən saxlanılıb. O, polis bölməsində ifadə verdikdən sonra məhkəmədə həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью