“Məni öldürə bilərlər” Pezeşkiandan xalqa ÇAĞIRIŞ

02.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Düşmənin yaratdığı bütün bu təhdidlərdən öz gücümüzə çıxa bilərik”.

Redaktor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Dövlət başçısı vilayət rəhbərləri və iri şəhərlərin merləri ilə keçirdiyi görüşdə ölkənin idarə olunmasında xalqın iştirakının vacibliyini vurğulayıb.

“Mənim kimi minlərlə insan sui-qəsdə məruz qala bilər, amma xalq bizimlədirsə, heç nə edə bilməzlər”, - Pezeşkian əlavə edib.

İran Prezidenti vurğulayıb ki, insanlar hökumətin onlara xidmət etmək niyyətində olduğuna inanmalıdır. O hesab edir ki, təhdidlərin öhdəsindən gəlmək üçün xalqın iştirakı və dəstəyi zəruridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью