Məni Sihirli annem ə çağırmadılar

29.04.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir vaxtlar məşhur olan “Sihirli annem” türk serialının film çəkilişləri davam edir.

Axşam.az xəbər verir ki, ekran işinin əvvəlki heyəti olduğu kimi saxlanılsa da, layihədə "Kerem"i canlandıran Mişel Cedolinə bu barədə təklif göndərilməyib. 

O, bu haqda sosial media hesabında bunları yazıb:

"Filmin çəkildiyindən sizinlə eyni vaxtda xəbərim oldu. Təəssüf ki, bu haqda mənə demək nəzakəti göstərməyiblər. Amma yenə də xoşbəxtəm. İlk izləyənlərdən olacağam. Sizcə "Kerem"i niyə çağırmadılar?".

Qeyd edək ki, “Sihirli annem” serialı 2003-2012-ci illərdə yayımlanıb. Layihədə "Eda" obrazını canlandıran və 2011-ci ildə dünyasını dəyişən Defne Joy Foster isə süni intellekt vasitəsi ilə canlandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью