Məni Söylü yə oxşatmayın

02.10.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Afaq Bəşirqızı məşhur “Bəxt üzüyü” filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb.

“Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mən Söylü ola bilmərəm. Amma onu çox sevirəm".

Aktrisa öz tamaşalarını sonradan izləməsi məsələsinə toxunub:

"Etiraf edim ki, mən oğlumun toyuna baxmamışam. “Bala başa bəla” tamaşasına isə 6-7 dəfə baxmışam".

A.Bəşirqızı tənqidlərdən də söz açıb:

“Bu da bekarçılıqdan, savadsızlıqdan irəli gəlir. İnsan əli ilə qazdığı quyuya düşüb, başqalarını da salır. Ən yaxşı tənqidçi elə özüməm. Bilirəm ki, nəyi düz etdim, nəyi yox”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью