Məni tanımır, hərdən mənə ana deyir

14.06.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist Mətanət İsgəndərlinin anası Alzheimer xəstəsi olub.

Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində anasının yaddaş problemləri yaşadığını bildirib. O, deyib ki, anası bəzən dünyasını dəyişən oğlunu belə xatırlamır:

"Qardaşımı itirəndən sonra anam o qədər fikir etdi ki, yaddaşı gedib. Hərdən yadından çıxır ki, oğlu vəfat edib. Bir tərəfdən sevinirəm, deyirəm, ay Allah, sənə qurban olum. Fikirləşirdim ki, anam bu dərdlə necə yaşayacaq? Allah elə edib ki, yaddaşı pozulub və bunu xatırlamır. Deyir, gülür, yeyir. 

Ancaq uşaqlıq və gənclik illərini yaxşı xatırlayır. Bəzən məni də tanımır. İnsanlar paylaşımlarıma baxıb yazırlar ki, niyə elə baxır? Bilmirlər ki, anamın yaddaşı zəifləyib. Məni tanımır, hərdən mənə "ana" deyir. Həm bizi güldürür, həm də ürəyimizi ağrıdır. Allahın işidir". (Axşam.az)

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью