Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib.
“Qafqazinfo” xəbər verir ki, Araz Musayev yaydığı video-açıqlamada iddia edir ki, onu vurduran icra başçısıdır.
“Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub.
Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb.
Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur.
Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım isə killer tutmaq oldu”, -deyə Musayev bildirib.
Məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub.