“Məni tapançca ilə öldürmək lazımdır” Nazimdən maraqlı şərh+Video

22.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən UFC döyüş gecəsinin səkkizinci görüşündə yüngül çəkidə çıxış edən Azərbaycan təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə qarşılaşıb və rəqibini məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, o, döyüşdən sonra qələbəsinə maraqlı şərh verib:

“Biz Azərbaycandayıq. Əgər kimsə məni burada məğlub etmək istəyirsə, tapança gətirib məni öldürmək lazımdır. Çünki mən burada təslim olmayacam. Yaşasın Azərbaycan, yaşasın vətən!”

Qeyd edək ki, Nazim Sadıxov 6 yaşında ailəsi ilə birlikdə Bakıdan ABŞ-yə köçüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью