Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Gecə 1-ə 1 dəqiqə işləmiş qızım qapını döyüb otağıma girdi. Bu, ənənədir. Düşünürdüm ki, əməliyyat olunmuşam, yəqin unudub, bilir dincəlirəm. Yox. Gəldi...".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərə açıqlamasında deyib. Pop kraliça arzularından danışıb.
"Aygünə demək istəyirəm ki, səni ayaqüstə alqışlayıram. Nə yaxşı bu yolları keçə bildin: yıxılmadın, sınmadın. Şanslı insanam. Yaradıcılığımda şans istəyirəm. Hər zaman da möcüzələrlə qarşılaşıram. Hələ ürəyimdə qalan arzum olmayıb" deyə, müğənni əlavə edib.
A.Kazımova qonaqlarına səslənərək, onlardan istəyini dilə gətirib:
"Yəqin yerişimdən və səhnə performasımdan anladınız ki, əməliyyat olunmuşam. Məni yumşaq qucaqlayın. Öpəndə uzaqdan öpün. Hamınızı uzaqdan öpürəm".